Həbsdə olan qadına narkotik ötürmək istəyən şəxs saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının
həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı
İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı
alınıb.

Trend xəbər
verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi
olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya
saxlama) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin
qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu
Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada
olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilən
bir ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə
olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: