Həbsdə olan Nərgiz Məmmədi “Cəsarət” mükafatı aldı

Həbsdə olan Nərgiz Məmmədi “Cəsarət” mükafatı aldı

İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə Sərhədsiz Reportyorlar Təşkilatının 2022-ci ilin “Cəsarət” mükafatı verilib.

AzerTimes xəbər verir ki, Nərgiz Məhəmmədinin qızı mükafatlandırma mərasimində onun adından iştirak edərək, anasının mesajını mərasim iştirakçılarına çatdırıb.

“Mən bu mesajı yazarkən 60-dan çox qadın siyasi məhbusun əhatəsindəyəm. Ölkəmdə xalq üsyanı baş verir və hökumətin repressiyaları davam edir”, – o bildirib.

Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi bu həftə BBC tərəfindən dünyanın yüz ən nüfuzlu və ilhamverici qadınından biri seçilib.

Teqlər: