Həbsdə olan güneyli müəlliminin səhhəti yenə ağırlaşdı

Həbsdə olan güneyli müəlliminin səhhəti yenə ağırlaşdı

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb.

O, sentyabrın 3-də Cəfər İbrahiminin xəstəxana adı ilə Evin həbsxanasından çıxarılıb Qızılhisar həbsxanasına köçürüldüyünü deyib.

“Bir neçə xəstəlikdən əziyyət çəkən Cəfər İbrahiminin səhhətinin ağır olmasına baxmayaraq, müalicəsinə imkan verilmir. Köçürülmə zamanı ona lazım olan vacib dərmanlarını və şəxsi əşyalarını götürməyə imkan verilməyib” ,- vəkil qeyd edib.

Qeyd edək ki, Cəfər İbrahimi 2022-ci ilin aprel ayının 30-da həbs edilib. O, “əlbir olmaq və toplaşmaq”, “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Teqlər: