Həbsdə olan çex vətəndaşı Ali Məhkəməyə müraciət etdi

Həbsdə olan çex vətəndaşı Ali Məhkəməyə müraciət etdi

Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.

Axr.az Report-a istinadən xəbər verir ki, kassasiya şikayətinə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Xatırladaq ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: