Vladimir Putin BRİKS-in 22-24 avqust tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək sammitində iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bununla bağlı RİA məlumat yayıb.
Ölkəni sammitdə Sergey Lavrov təmsil edəcək.
Qeyd edək ki, CAR Roma Statutuna qoşulduğu üçün Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməli olduğu barədə ölkəyə təzyiq edilirdi.
BCM martın 17-də Vladimir Putinin həbsinə order verib.