Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov ev dustaqlığına buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın 235-ci Qarnizon Hərbi Məhkəməsi məlumat yayıb.
“Şesterovun barəsində sentyabrın 21-dək ev dustaqlığı qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.
Qeyd edək ki, məhkəmə Şesterovun səhhətinə görə onun barəsində həbs qətimkan tədbiri seçə bilmirdi. Şesterov nəzarətə götürülən “Patriot” parkının rəhbəri Vyaçeslav Əhmədovla eyni işdə təqsirləndirilir. İstintaqın versiyasına görə, Əhmədov və Şesterov əlbir olaraq “Patriot” parkının və sərgi mərkəzinin fəaliyyətini təmin etmək üçün ayrılmış büdcə vəsaitlərinin oğurlanmasında iştirak ediblər.