Hazırda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin
sayı azalıb.
AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O bildirib ki, aktiv koronavirus xəstələrindən 50 nəfərinin
müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir.
“Onların vəziyyəti stabilləşməyə doğru gedir və yaxın müddətdə
evə buraxılacaqlar”, – deyə o əlavə edib.