Hazırda Xankəndidə sazişin icrası başlayıb – Akopyan

Hazırda Xankəndidə sazişin icrası başlayıb – Akopyan

Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır.

AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib.

O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir:

“Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”.

O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək.

Teqlər: