Hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır – Ceyhun Bayramov

Xəbər - Humay Ağacanova -Trend:

Hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır, bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlər bunun bariz göstəricisidir.

AzerTimes-ın məlumatına görə bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2019-cu ilin 15 oktyabrında Türk Şurasının Bakıda keçirilən yeddinci Zirvə Görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb.

“Azərbaycanın sədrliyi dövrünün COVID-19 pandemiyasına təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirmiş, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf etmiş, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artmışdı. Bu xüsusda, üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində başda baş katib cənab Bağdad Amreyev olmaqla, Türk Şurası Katibliyinin heyətinin fəaliyyətini təqdir edirik.

Keçdiyimiz dövr ərzində Özbəkistan Respublikası Türk Şurasının tam hüquqlu üzvü olub, Türkmənistan təşkilatda müşahidəçi statusu alır. Məmnunluqla vurğulamaq istərdim ki, hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır, bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlər bunun bariz göstəricisidir”- deyə nazir bildirib.

Teqlər: