Xəbər - İlhamə İsabalayeva – Trend:
Hazırda temperatur fevral ayının iqlim normasından 2 dərəcəyə kimi aşağıdır.
Bunu AzerTimes-a ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, fevralın 17-dən müşahidə edilən proses nəticəsində ən aşağı temperatur ölkənin dağlıq və dağətəyi rayonlarında qeydə alınıb: “Böyük Qafqazın Şahdağ, Qrız ərazilərində və Kicik Qafqazın dağlıq ərazilərində havanın temperaturu mənfi 14 dərəcəyə kimi aşağı enib. Respublikanın Aran rayonlarında isə havanın temperaturu mənfi 1 dərəcədən müsbət 3 dərəcəyə kimi dəyişib”.