Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur – Mərkəzi Bank

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur.

Bunu AzerTimes-a Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq ölkə iqtisadiyyatının nağd pulun strukturuna olan tələbini davamlı qiymətləndirir və onun ödənişlərə adekvatlığını mütəmadi olaraq təhlil edir: “Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu iqtisadiyyatın bütün seqmentlərinin tələbinin ödənilməsi və ödənişlərin həyata keçirilməsi üçün adekvat səviyyədədir və eləcə də beynəlxalq səviyyədə qəbul olunmuş təcrübəyə tam uyğundur”.

Teqlər: