Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilməsi müzakirələrə səbəb olub.
Əsas suallardan biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.
AzerTimes xəbər verir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qaydaların bir ildən sonra qüvvəyə minəcəyini bildirib.
“Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, prezident qanunu imzalayandan sonra qüvvəyə minir”, – o deyib.