Hazırda mütəxəssislər sürüşmə ilə bağlı ilkin müşahidələr aparır – Geoloji Kəşfiyyat Xidmətinin rəisi

Xəbər - Samir Əli – Trend:

Hazırda mütəxəssislər Badamdar yolunun 20-ci kilometrinin sağ yamacında baş vermiş sürüşmə ilə bağlı ilkin müşahidələr aparır.

Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, sürüşmə olan sağ yamacda çox böyük suxur kütləsi var: “Həmin kütlə yolu keçmək şərtilə aşağı sürüşüb. Sürüşmə dilinin hündürlüyü minimal olaraq 90 santimetrdən artıqdır. Yolun aşağı sağ sahilində tikilmiş restoran binasının qarşı tərəfində bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar böyük axıntı kütləsininn təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşüb. Aşınma olan suxurlar islanmış suxurlardır. İlkin müşahidələrə görə sıxılmış kütlənin altından su sızmaları müşahidə olunur”.

Teqlər: