Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsində yaralanan 59 qazimiz hazırda müalicəsini davam etdirir.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə deyib.
Polkovnik əlavə edib ki, həmin qazilər Baş Klinik Hospitalı və Bilgəhdəki hospitalda müalicə alırlar.