ABŞ hələ də İsrailə dəqiq idarə olunan silahların təhvil verilməsini dayandırmayıb, lakin bu imkanı araşdırır.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS televiziyasına müsahibəsində deyib.
“Biz açıq şəkildə bildirdik ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda hərbi əməliyyata başlasa, biz müəyyən sistemləri tədarük etməyəcəyik. Ancaq hazırda gecikdirdiyimiz yeganə şey yüksək dəqiqliyə malik olan bombalardır. Çünki biz İsraillə məsləhətləşmələri davam etdiririk. Belə ki, bu silahların sıx məskunlaşan ərazilərdə, o cümlədən Rəfahda istifadə oluna biləcəyi təsirləri nəzərə alırıq”, – o bildirib.