Hazırda əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmaqadır – Bahar Muradova

Ailə institutunun problemləri hər zaman mövcud olub. Bu məfhumla
cəmiyyətimizdə olan ailə modeli ziddiyyət təşkil edir.

AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə
modelinin inkişaf strategiyası” adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd çətin vəziyyətdə olan
ailələrin sayını azaltmağa çalışmaqdır.

Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə
heyətinin sədri Zahid Oruc isə qeyd edib ki, son 100 ildə məruz
qaldığımız ərazi işğalları və müstəqillikdən sonra ölkəmizin
xüsusən də milli-mənəvi dəyərlər baxımından sistemli hücumlara,
radikal dəyişiklikləri, aşınmanı təşviq edən dairələrin təzyiqinə
hədəf olması bir faktdır.

“Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə
çevrilməsini istəyərdik”,- deyə o əlavə edib.

Teqlər: