Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Yanvarın 10-da saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.
Havanın temperaturu hal-hazırda Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur”, – məlumatda vurğulanıb.