Hazırda Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır – Vüqar Qurbanov

Şamaxı. Trend:

Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq
görərik ki, peyvəndləmə kifayət qədər yaxşı rəqəmlərdədir. Bu həm
Bakı, həm də regionlar üzrə yaxşı göstəricidir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov
deyir.

O bildirib ki, koronavirusa yoluxma sayının aşağı olması
xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. “Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün
çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir.
Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə
çarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki,
gigiyenik qaydalara əməl etsinlər. Çünki pandemiya hələ də davam
edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam
edir”,-V. Qurbanov deyib.

Teqlər: