Hazırda Bakı metropoliteninin texniki cəhətdən heç bir problemi yoxdur – QSC

Xəbər - Samir Əli – Trend:

Hazırda Bakı metropoliteninin texniki cəhətdən heç bir problemi yoxdur.

Bunu AzerTimes-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


Onun sözlərinə görə, mayın 31-də metro stansiyaları fəaliyyətə başlayandan sonra gün ərzində ehtiyat qatarların xəttə buraxılması mümkündür: “Ehtiyyat qatarların xəttə buraxılması qrafik əsasında tənzimlənəcək. Bunu bildirməkdə məqsədimiz metronun ehtiyyat qatarlar barədə heç bir çətinliyinin olmamasıdır. Lakin sərnişinlərə müraciət edirik ki, zərurət olmadıqca metropolitendən istifadəyə üstünlük verməsinlər. Xüsusilə, günün pik saatlarında işə tələsən vətəndaşları nəzərə alaraq sıxlıq olan vaqonlara minməmələri tövsiyə edilir”.

Teqlər: