Hazırda 60-dan çox üzvü olan “MÜSİAD Azərbaycan” 4 mindən çox insanı şirkətlərində işlə təmin edib – Rəşad Cabirli

Hazırda 60-dan çox üzvü olan MÜSİAD Azərbaycan 4 mindən çox
insanı şirkətlərində işlə təmin edib.

Trend xəbər verir ki, bunu MÜSİAD Azərbaycanın rəhbəri Rəşad
Cabirli iş adamları ilə görüş zamanı bildirib.

O qeyd edib ki, MÜSİAD hal-hazırda dünyanın 82 ölkəsində 164
şöbəsi olmaqla 12 mindən çox üzvü ilə 60 min iş yerini əhatə
edir.

“Bu isə öz növbəsində 1 milyon 800 mindən çox insanın işlə təmin
edilməsi deməkdir. MÜSİAD Azərbaycan filialımız 2018-ci ildə aktiv
fəaliyyətə başlayıb. Hazırda 60-dan çox üzvümüzlə 4 mindən çox
insan işlə təmin edilib. Ötən 30 il ərzində MÜSİAD böyük məsafələr
qət edərək qlobal sərmayə platformasına çevrilib. MÜSİAD Azərbaycan
tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə üçüncüsü keçirilən iş
adamalarının şəbəkəyönümlü görüşü növbəti illərdə də keçirilməyə
davam edəcək”, – deyə R.Cabirli qeyd edib.

Teqlər: