ABŞ-ın Havay adalarında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 96 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin deyib.
Məlumata görə, yanğınlar nəticəsində 2200-dən çox bina dağılıb.
Qeyd edək ki, Maui adasında yanğınlar avqustun 8-də külək səbəbindən başlayıb. Havay adalarında baş verən yanğınlar ABŞ-da son 100 ildə ən ölümcül yanğın kimi tarixə düşüb. Adaların bərpasının dəyəri isə 5,52 milyard dollar olaraq qiymətləndirilir.