Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Xilasedicilər Lahaina, Pulehu və Kihei şəhərlərində baş vermiş yanğınların lokallaşdırılması işlərini davam etdirirlər”, – məlumatda bildirilib.
Qeyd edək ki, meşə yanğını çərşənbə günü Havay arxipelaqının kiçik adalarından olan Mauidə başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.