Havanın keyfiyyət göstəriciləri yüksəlib – Hidrometeorologiya Xidməti

Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı
günlərin üstünlük təşkil etməsi havada oksigenin miqdarının
artmasına, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət
göstəricilərinin yaxşılaşmasına şərait yaradıb.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin Xətai, Nizami, Səbail,
Nərimanov rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində
fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara
əsasən mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin
miqdarı norma daxilində olub: “Yaxın günlərdə fasilələrlə az
yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə
alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin
yaxşı olacağı gözlənilir”.

Teqlər: