Havanın keyfiyyət göstəriciləri norma daxilində olub

Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik
stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, Sumqayıt və
Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində
olub.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz
proqnoz modellərinə əsasən yaxın günlərdə ölkə ərazisində
transsərhəd çirklənmə gözlənilmir.

“Lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq
küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi
nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək
olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır. Belə
küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi
gözlənilir”.

G.Abbasovanın sözlərinə görə, 14 aprel tarixində şimal-qərb
küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada
həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin
miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin
yaxşılaşmasına şərait yaradacağı gözlənilir.

Teqlər: