Havalar istiləşirmi? – Rəsmi

Havalar istiləşirmi? – Rəsmi

Mayın 21-22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara-bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Lakin mayın 22-i axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu 18-23 dərəcə isti olacaq. Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın maksimal temperaturu aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”, – Məmmədova bildirib.

Teqlər: