Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir

Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb
istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri
daxil olub.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.

“Hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox
olduğu müəyyən edilib. Lakin aprelin 2-3-də tozun konsentrasiyası
daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta
çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”.

Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı
transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə
edilir. Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq
tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir.

“Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə
səviyyəsi proqnozlaşdırılmır”.

Teqlər: