Havada toz dumanı müşahidə olunur – Normadan 4 dəfə artıq

Xəbər - İlhamə İsabalayeva – Trend:

Havada toz dumanı müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.


Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.

Teqlər: