Koreyanın Ceju-do şəhərindən “Asiana Airlines” təyyarəsində insident baş verib. Eniş etməyə hazırlaşan təyyarənin təcili çıxış qapısı qəfil açılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə təcili olaraq Cənubi Koreyanın Daequ hava limanına endirilib:
“Təyyarədə olan 194 sərnişindən 9-da tənəffüs problemi yaranıb. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır”.