Xəbər - Çingiz Səfərli -Trend:
Dənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiqəti əks etdirmir.
AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Xəzərdə və ölkənin digər yerlərində palçıq vulkanlarının olmasına dair xəritə var və xəritədə bu vulkanlar əks olunub.
“Qeyd edim ki, 1971-ci ildə hazırlanıb. Dünyada vulkanlarla bağlı ilk geoloji atlasdır. Hava stabilləşən kimi adaya ESTN, FHN, AMEA və SOCAR birgə ekspedisiya qrupu göndəriləcək, ətraf mühitə dəymiş zərər qiymətləndiriləcək.