Hava şəraiti qeyri-sabit keçəcək

Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində
cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi
gözlənilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya
Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından
başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin
dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi ehtimal olunur.

Teqlər: