Hava şəraiti ilə bağlı xəbərdarlıq – Dağlıq yerlərdə şəxsi avtomobildən istifadə etməyin

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzerTimes-a açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəıyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: “Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edən sürücülər avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Bu cür sürücülər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin”.

A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır: “Bütün yollarda avtomobillər tam normal hərəkət edir, heç bir problıem yaranmayıb. Amma hava şəraitinin axşama doğru dəyişməyi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yioolarıv Dövlət Agentliyinin tabeliyində olan bütün maşın – mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz – qum ehtiyatı toplanıb, avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hər hansısa yolda problem yaranarsa, asgentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.

Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən maksimum dağlıq və dağətəyi ərazilərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əkas halda, onların hərəkətində problemlər yarana bilər”.

Teqlər: