Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 28-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyətində heç bir problem müşahidə olunmur.
Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Yollarımızda hər hansı bir problem yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Yalnız Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağdan keçən hissəsinə güclü qar yağıb. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.