Hava limanı gücləndirilmiş iş rejiminə keçir

Hava limanı gücləndirilmiş iş rejiminə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn bayram günlərində bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü il martın 20-dən 27-dək gücləndirilmiş iş rejiminə keçir.

AzerTimes hava limanına istinadən xəbər verir ki, tətbiq edilən gücləndirilmiş iş qrafiki, həmçinin uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

Bahar tətili günlərində gözlənilən sərnişin axınının artması ilə əlaqədar mümkün gecikmələrin qarşısını alınması üçün sərnişinlərin uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

Sərnişinlərin və ziyarətçilərin əlçatanlığı üçün “Airport Express” ictimai nəqliyyatı Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə saat 01:00-dək 30 dəqiqəlik fasilə ilə hərəkət edir. Bundan əlavə, hava limanında xüsusi düşürtmə/götürmə (“drop off”/”pick up”) zolaqları movcuddur və aeroporta daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.

Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və xoş səyahətlər arzulayırıq!

Teqlər: