Mayın 19-da havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən xəbərə görə, mayın 19-u gecə və səhər, 20-si gündüzdən 22-si gündüzədək isə bəzi yerlərdə hava şəraitinin qeyri-sabit olacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından və digər çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.