Xəbər - Samir Əli – Trend:
Fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, qqərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.