Hava hücumu: Kazan aeroportu bağlandı

Hava hücumu: Kazan aeroportu bağlandı

Kazan aeroportu bu gün səhər saatlarından etibarən təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün iyunun 10-da səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, – məlumatda bildirilib.

Rusiyanın “Baza” teleqram kanalı isə bildirir ki, aeroportun bağlanmasına səbəb Ukraynanın hava hücumu olub.

Teqlər: