Hava dəyişəcək: Yağış yağacaq, külək əsəcək

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində
hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin
13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm,
Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit,
yağmursuz keçəcək.
Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin
güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı
gözlənilir.

Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava
şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı
gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Teqlər: