Hava daşımasından imtina edən sərnişin pulu necə alacaq?

Hava daşımasından imtina edən sərnişin pulu necə alacaq?

Hava daşıması başlayanadək istənilən vaxt sərnişin daşıma müqaviləsini ləğv edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.

Qanuna əsasən, sərnişin hava daşımasından imtina etdiyi təqdirdə, hava daşıması üçün ödənilmiş daşıma haqqının geri qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiq olunub.

Teqlər: