“Hatayspor” çempionatda iştirakını dayandırdı

“Hatayspor” çempionatda iştirakını dayandırdı

“Hatayspor” klubu Türkiyə Super Liqasında çıxışını dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Məhməd Böyükekşi məlumat verib.

“Bununla bağlı TFF-yə məktub göndəriblər. “Qaziantep” də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik”, – TFF prezidenti bildirib.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 17 406 nəfər dünyasını dəyişib, 71 806 nəfər isə yaralanıb.

Teqlər: