Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-a çatıb.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində 18-i ağır olmaqla 294 nəfər yaralanıb.
Qeyd edək ki, 20 fevral yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, daha sonra 5 bal ətrafında afterşoklar olub. Nəticədə 3 nəfər həlak olub, 213 nəfər yaralanıb.