Hatayda zəlzələ: dağıntılar altında qalanlar var

Hatayda zəlzələ: dağıntılar altında qalanlar var

Hatay vilayətində baş verən son 4 zəlzələ nəticəsində yenə dağıntılar altında qalanlar var.

AzerTimes xəbər verir ki, bu haqda Hatay vilayətinin bələdiyyə sədri Lütfi Savaş açıqlama verib. Lütfi Savaş əhalini binalardan və sahildən uzaq olmağa çağırıb.

Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Bu zəlzələlərdən 15 dəqiqə sonra iki zəlzələ daha olub. Zəlzələlərin gücü 5 baldan çox olub.

Teqlər: