Harris, yoxsa Tramp? Bəziləri iddia edir ki… – Tusk

Harris, yoxsa Tramp? Bəziləri iddia edir ki… – Tusk

Avropa ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən narahat olmamalı, daha çox öz müdafiə imkanlarına diqqət etməlidir.

AzerTimes xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk X hesabında yazıb.

“Harris, yoxsa Tramp? Bəziləri iddia edir ki, Avropanın gələcəyi Amerika seçkilərindən asılıdır, halbuki bu, ilk növbədə bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və öz gücünə inansın”, – Tusk qeyd edib.

Teqlər: