Respublikaçıların namizədi Donald Tramp irqi ayrıseçkilik və sayğısızlıq edir.
AzerTimes xəbər verir ki, bu sözləri Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris deyib.
“Amerikalılar daha yaxşına layiqdir. Xalqın doğrunu deyən, gerçəklərlə üzləşdiyində qəzəblə qarşılıq verməyən bir liderə sahib olmaq haqqı var”.
Xatırladaq ki, Donald Tramp Kamala Harrisin hind əsilli olduğunu, həmişə də hind irsini təbliğ etdiyini, indi isə qaradərili olmaq qərarına gəldiyini demişdi.