Harris Trampa zəng edəcək, müzakirə gedir

Harris Trampa zəng edəcək, müzakirə gedir

ABŞ-ın demokrat vitse-prezidenti Kamala Harris çərşənbə günü prezident seçkilərindəki rəqibi – respublikaçı namizəd və seçkilərin qalibi Donald Trampa zəng vuracaq.

AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı Harrisin iki köməkçisinə istinadən məlumat yayıb.

“Zəngin vaxtı hələ də müzakirə olunur. Harris hazırda çıxışı üzərində çalışır”, – köməkçilərdən biri bildirib.

Qeyd edək ki, 5 noyabrda ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp Kamala Harrisə qalib gəlib.

Teqlər: