ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstün olub.
AzerTimes xəbər verir ki, bu barədə CNN-in keçirdiyi sorğunun nəticələrində deyilib.
Sorğuya əsasən, izləyicilərin 44%-i Harrisin problemləri daha yaxşı başa düşdüyünə inandıqlarını bildirib. Tramp isə izləyicilərin 40%-nin dəstəyini qazanıb.
Qeyd olunur ki, bu göstərici dinamikanın Harrisin xeyrinə dəyişdiyini göstərir. Çünki debatdan əvvəl keçirilən analoji sorğunun nəticələrində seçicilərin 43%-i Trampı, 39%-i Harrisi dəstəkləyirdi.