Harris qalib gələrsə, bu depressiyadan üç gün uzaqdasınız – Tramp

Harris qalib gələrsə, bu depressiyadan üç gün uzaqdasınız – Tramp

Kamala Harris prezident seçkilərində qalib gələrsə, ABŞ 1929-1939-cu illərdəki Böyük Depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhrana düşəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ-da prezident postuna namizəd Donald Tramp deyib.

“Kamala qalib gəlsə, 1929-cu il tipli iqtisadi depressiyadan üç gün uzaqdasınız. Mən buna əminəm. Hazırkı administrasiya dövründə inflyasiya bir vaxtlar güclü ABŞ iqtisadiyyatını parçalayıb. Əgər qalib gəlsəm, deməli, siz ən yaxşı işlərdən, ən böyük maaşlardan, ən parlaq iqtisadi gələcəkdən üç gün uzaqdasınız”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Teqlər: