ABŞ-da keçirilən prezident seçkilərində lider olan respublikaçı Donald Tramp tezliklə tərəfdarları qarşısında çıxış edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, digər namizəd Kamala Harrisin isə Hovard Universitetində tərəfdarları qarşısında çıxışı ləğv edilib.
Qeyd edək ki, hazırda Tramp 247, Harris isə 210 səs toplayıb. Prezident seçilmək üçün lazım olan 270 səsi toplamağa Tramp çox yaxındır. Belə ki. hazırda nəticələri hesablanan səslərin sayılması sona yaxınlaşan Pensilvaniya (19 səs), Miçiqan (15 səs), Viskonsin (10 səs), Arizona (11 səs) və Nevada (6 səs) ştatlarında Tramp öndədir.