ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Milvaukedə keçirdiyi mitinqdən sonra rəy sorğularında Donald Trampı qabaqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İctimaiyyət qarşısına ilk dəfə çıxan Harris “ya prokuror olan məni seçin, ya da hökm almış bir təqsirkarı” sözləri ilə vəziyyəti nisbətən xeyrinə dəyişib.
Bildirilir ki, yeni sorğuya görə, Harris 44%-lə 42% səs toplayan Trampı geridə qoyub. Həmçinin son 36 saatda Harrisin seçki kampaniyasına 100 milyon dollar ianə edildiyi qeyd olunub.