Bir sıra səbəblərə görə, Rusiya qoşunlarının Odessa yaxınlığında desant hücumları indi mümkün deyil.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Birincisi, desant gəmiləri 30% azdır. Desant gəmilərinə dəyən ziyanı xatırlayın, onların heç də hamısı təmirdən çıxmayıb. İkincisi, “Harpun” orada növbətçidir. Biz onları Qara dənizdə kəşfiyyat avadanlıqlarından məhrum etdik – kəşfiyyat aparan radiolokasiya stansiyalarının yerləşdiyi neft-qaz platformalarını məhv etdik. İndi isə Rusiya dənizdəki ümumi vəziyyəti görmür”, – Jdanov bildirib.
O qeyd edib ki, rusların quru qoşunları da uğur qazana bilməyəcək və onlar yalnız Nikolayevə çata bilər:
“Hücum əməliyyatının başlamasını çox gözləməli olmayacağıq, əgər bunu öhdələrinə götürsələr… Ola bilsin ki, onlar qrupu gücləndirib Xerson vilayətinin sağ sahilində müdafiəyə otursunlar”.