Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm – Reza Deqati

Xəbər - Çingiz Səfərli – Trend:

Harda görmüşəm ki, dünya haqsızlığa gözünü yumur, hansısa siyasi maraqlara görə həqiqətlər gizlədilir, onu çəkib dünyaya çatdırmaq istəmişəm.

Trend xəbər verir ki, bunu məşhur fotoqraf Reza Deqati deyib. O bildirib ki, insanların hüquqları tapdalananda, əziyyətlərə məruz qalanda, fotoaparatı onların haqq səsinə çevrilib


“30 ildir ki, dünyanın müxtəlif yerlərində münaqişə ocaqlarından fotolar çəkirəm. Fotolarımda eyni zamanda humanizmi, tolerantlığı göstərmək istəmişəm. Azərbaycan bu baxımdan regionda ən tolerant ölkədir. Mən dəfələrlə bunun şahidi olmuşam və fotolarımda da bu əksini tapıb”.

Teqlər: